• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb

Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb
11.07.2017 21:00
Azərbaycan bu il taxıl idxalını (əsasən buğda) 1,3 mln. tona çatdırıb.

Rusiya 2016/17-ci kənd təsərrüfatı ilində Asiya ölkələrinə taxıl ixracını artırıb. 

"Report"un "Agroinvestor" agentliyinə istinadən verdiyi məlumata görə, həmin dövrdə bu ölkədən taxıl idxal edən əsas 15 ölkə, Rusiyanın ümumi ixracının 71,5%-ni təmin edib. Bir sözlə, bu ölkələr birlikdə Rusiyadan 24 mln. tondan çox taxıl alıb.

Rusiya taxılının əsas alıcısı kimi ənənəvi olaraq Misir qalıb. 11 ayın nəticəsinə əsasən, Misir Rusiyadan 6,9 mln. ton taxıl alıb. Bu, 2015/16-cı kənd təsərrüfatı ili ilə müqayisədə 14% çoxdur.

Qeyd edilən dövrün iyul-may aylarında 3,07 mln. ton taxıl (ötən il 4,16 mln. ton) alan Türkiyə ikinci olub. 

Rusiyadan idxalı 70%-dən çox artıran Banqladeş isə 1,96 mln. ton taxıl alıb. Əsas idxalçılar sırasında İran 4-cü olub. Belə ki, İslam ölkəsi Rusiyadan 1,5 mln. ton (əsasən qarğıdalı və arpa) taxıl idxal edib. 6-cı yerdən 5-ci yerə yüksələn Azərbaycan taxıl idxalını (əsasən buğda) 9%-dən çox artırıb və 1,3 mln. tona çatdırıb.

Taxıl alıcılarının ilk 15-liyinə həmçinin Yəmən, Səudiyyə Ərəbistanı, Nigeriya, Livan, Cənubi Koreya, Sudan, Mərakeş, Vyetnam, Liviya və İsrail daxil olub. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol