• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda satılan erməni ərzaqları

Bakıda satılan erməni ərzaqları
18.07.2017 07:25
Bakının elit supermarketlərində satılan və nisbətən varlı əhali tərəfindən istehlak edilən "Heinz” məhsulları əslində Amerikanın erməni lobbisinə rəhbərlik edən bir ailəyə məxsusdur.

İstiPress-in məlumatına görə, bu şirkət Azərbaycanın böyük düşməni,  ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin arvadı Tereza Hayns Kerriyə məxsudur. Con Kerri və Tereza Hayns 1995-ci ildə evləniblər. Con Kerri arvadından 5 yaş kiçikdir. Belə görünür ki, o vaxt erməni lobbisinə yeni daxil olmuş Con Kerri gənc dul qadın Tereza Haynsın maliyyə vəsaitlərindən istifadə etmək üçün bu addımı atıb.



Con Kerri və Tereza Hayns


Ümumiyyətlə, bu cür siyasi gedişlər Con Kerrinin mənsub olduğu ailəyə çox xasdır. Macarıstan yəhudiləri olan bu ailənin təmsilçilərinin ilkin soyadı Kon olub. Ailə Amerikaya köçəndə ibranilikdən katolikliyə keçərkən, yəhudi soyadından da imtina edib, özlərini irland qrafları Kerrilər kimi təqdim ediblər.   



Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri


Bu evliliyə qədərsə, artıq 1992-ci ildə Con Kerri Azərbaycana qarşı ən böyük düşmənçiliyini etmişdi. Onun hazırlayaraq Konqressə təqdim etdiyi "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş dolayısı ilə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalına haqq qazandırmaq demək idi. Erməni lobbisi Azərbaycanda hakimiyyətə gəlmiş xalq hərəkatı təmsilçilərinin diplomatik təcrübəsizliyindən yararlanmışdı.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində 907-ci düzəlişinAzərbaycan üçün ciddi zərbə olduğunu bildirir:
"Həmin düzəlişlə Azərbaycana bir sıra strateji məhsulların, yeni texnologiyaların, o cümlədən hərbi texnologiyanın verilməsi qadağan edilir. Həmçinin Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmasına da maneçilik yaradıılr”.

İstiPress-in araşdırmasına görə, elit Bakı supermarketlərində satılan ketçup, makaron və sousların məhsulların 20-30%-i "Heinz”in payına düşür. Bu məhsullar başqalarına nisbətən 20 faiz baha satılır. Ən dəhşətli vəziyyət isə uşaq yeməkləri sahəsindədir, bu sektorun önəmli payı "Heinz”in nəzarətindədir.

Çingiz Rüstəmov
 İstiPress      




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol