• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bahalı turizm bölgələri

Azərbaycanda bahalı turizm bölgələri
18.07.2017 11:45
Azərbaycanlıların xaricdə istirahəti dedikdə, ilk ağla gələn ölkə Gürcüstandır. Qonşu ölkə həm infrastrukturu, həm təbiəti, həm dənizi, həm də xidmət qiymətləri baxımından azərbaycanlılar üçün əlverişli və əlçatan sayılır. Amma manatın 2015-ci ildə iki dəfə devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunur.

"Gürcüstanda qiymətlər bahalaşıb”

anews.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a bunun səbəblərini açıqlayıb. O bildirib ki, ilk növbədə buna səbəb ölkədaxili turizmin artan templə inkişaf etməsidir: "Digər tərəfdən, bizdəki qiymətlər sabit olaraq qalıb. Neftin ucuzlaşması və manatın devalvasiyasından sonra turizm sektorunda qiymət dəyişikliyi baş verməyib. Ən əsası isə Azərbaycan təhlükəsizlik məsələlərinə görə digər ölkələri üstələyir. Bu baxımdan, ölkəmiz daha stabil və daha sabitdir.  Hətta bura gələn qonaqlar da bu nüansı qeyd edirlər. Dördüncü amil əvvəlki illərlə müqayisədə Gürcüstanda xidmət qiymətlərinin bahalaşmasıdır”. 

"Ən bahalı xidmət sahələri İsmayıllı, Qəbələ, Şəkidədir”

M.Ağakərimov bildirib ki, hazırda həm Azərbaycana gələn turistlərin sayında, həm də daxili turizmin çəkisində artım var: "Mən bunu praktikaya, öz müşahidələrimə əsaslanaraq bildirirəm. Kabinetdə verilən rəqəmlər isə çox vaxt yanlış ola bilir. Statistika bir rəqəm açıqlayır, nazirlik başqa rəqəm. Ona görə də mən rəqəmlərə inanmıram. Mən bu yaxınlarda şimal-qərb zonasında - Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ və Şəkidə oldum. Oradakı bütün hotellərlə maraqlandım, yeni açılan "Marxal” hotelində oldum.

Ondan əvvəl isə Quba, Qusar, Xaçmaz zonasına səfər etdim. Həqiqətən də, turistlərin sayında artım var”.

O bildirib ki, xidmət qiymətlərinə görə ən ucuz məkanlar şimal-şərq (Quba, Qusar, Xaçmaz) zonasındadır. Sonrakı yeri cənub zonası - Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək qiymətlər şimal-qərbdə - Qəbələ, Şəkidədir. Bu da ərazidəki hotellərin çoxulduzlu və komfortlu olması ilə bağlıdır: 

"Turistlər arasında həm xaricilər, həm də yerlilər var. Xaricilər içərisində ərəblər, ruslar üstünlük təşkil edir. Hətta bu il Gürcüstandan Azərbaycana gələnlərin sayında artım müşahidə olunur. Rusiyadan gələn turistlərin sayı da ildən-ilə artır. Azərbaycandakı sabitlik və insanlarımızın qonaqpərvərliyi turistləri cəlb edir. Qonaqpərvərliyə görə dünyadakı beş-altı xalqdan biri bizik. Bu ənənə bizdə qədimdən qalıb ki, ən yaxşı yorğan-döşəyi, ən yaxşı yeməyi qonaqlar üçün saxlayırıq. Cəlbedicilik baxımından Azərbaycan mətbəxini xüsusi vurğulamaq istərdim”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol