• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Gədəbəy ərazisində qızıl hasilatı azalıb

Azərbaycanın Gədəbəy ərazisində qızıl hasilatı azalıb
18.07.2017 22:00
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin II rübündə Gədəbəy rayonu ərazisində 12 140 unsiya qızıl, 45 718 unsiya gümüş və 716 ton mis hasil edib.

"Report”un şirkətə istinadən verdiyi xəbərə görə, ümumilikdə II rübdə qızıl ekvivalentində hasilat 14 775 unsiya təşkil edib.

Bu ilin ilk yarısında isə şirkət qızıl hasilatını ötən ilin analoji dövrü ilə müqayisədə 31% azaldıb və 23 218 unsiya qızıl hasil edib.

Hesabat dövründə gümüş hasilatı 6% azalaraq 85 087 unsiya, mis hasilatı isə 36% artaraq 1 322 ton olub.

Ümumilikdə, I yarımillikdə qızıl ekvivalentində 28 554 unsiya hasilatı qeydə alınıb və bu, ötən ilin analoji dövrünə nisbətən 22% azdır.

Qeyd edilir ki, bu il üçün qızıl ekvivalentində ümumi hasilat 64-72 min unsiya həcmində gözlənilir.

Bununla yanaşı bildirilir ki, II rübdə 7 406 unsiya qızıl külçələri 1 258 ABŞ dolları/unsiya qiyməti ilə satılıb.

Qeyd edək ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. 

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

"Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən "Gadir” və "Gədəbəy” yatağından 50 km aralıdakı "Qoşa” yeraltı mədənlərində hasilatla məşğuldur. Ötən il Gədəbəy ərazisində "Uğur” qızıl yatağı kəşf olunub və buradan bu ilin sonuna qədər hasilata başlanması gözlənilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol