• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda parkinqlər pulsuz oldu

Azərbaycanda parkinqlər pulsuz oldu
18.07.2017 14:20
Azərbaycanda parkinqlərlə bağlı yeniliklər edilib. "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq qüvvəyə minib.

Anews.az avtosfer.az-a istinadən xəbər verir ki, yeniliklər parkinqlərdə əlillər üçün yerin ayrılmasını nəzərdə tutur və əlillər üçün ayrılan yerlərdə başqa sürücülərin avtomobili park etməsini qadağan edir. Bundan əlavə, parkinqdə ödənişdən artıq dayanan sürücülər barəsində elektron protokol tərtib oluna bilər. Üstəlik, ödəniş etmədən parkinqdə maşın saxlayanların da cərimələnməsi nəzərdə tutulur. Daha bir yenilik avtomobilin parkinqdə saxlanma qaydası ilə bağlıdır. Belə ki, parkinqdə nəzərdə tutulan qaydadan fərqli - parallel və ya perpendikulyar - maşın saxlamaq 20 manat cərimədir. Həmçinin, parkinqdə müxtəlif üsullarla başqa yerləri zəbt etmək də məsuliyyətə səbəb ola bilər. Bütün bunlarla bağlı mexanizm hələ işə düşməsə də, sürücülər üçün ən vacib yenilik parkinqlərdən pulsuz istifadə ilə bağlıdır.

"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin 15-ci hissəsində 15 dəqiqəyədək pulsuz parklanmaya konkret olaraq icazə verir. Həmin maddə belədir:

XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.

Özü də nəzərə almaq lazımdır ki, bu norma tək Bakıya yox, bütün ölkəyə aiddir. Qeyd edək ki, bu yeniliklər ötən il Milli Məclisdə qəbul edilsə də, bu il iyulun 1-dən qüvvəyə minib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol