• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 40 min ton avtomobil benzini ehtiyatı yaranıb

Azərbaycanda 40 min ton avtomobil benzini ehtiyatı yaranıb
18.07.2017 16:20
Yanvar-iyun ayları ərzində ölkədə 618 min ton avtomobil benzini istehsal olunub.

Bu il iyulun 1-nə Azərbaycanda 40,3 min ton avtomobil benzini, 104,3 min ton dizel yanacağı ehtiyatı olub.

"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvar-iyun ayları ərzində ölkədə 618,3 min ton avtomobil benzini isrehsal olunub. Bu həcm isə ötən ilin analoji dövründən 8% artıqdır.

Hesabat dövründə 101,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 12,9 min ton sürtkü yağları, 77,3 min ton neft bitumu, 106,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5%, sürtkü yağlarının istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 27,6%, neft koksunun istehsalı isə 17% artıb.

Bu ilin I yarısında 297,5 min ton ağ neft, 958,7 min ton dizel yanacağı, 241,3 min ton yanacaq mazutu istehsal edilib. Ağ neftin istehsalı 7,7%, yanacaq mazutunun istehsalı 38%, dizel yanacağının istehsalı 16,4% azalıb.

Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 330,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 7,3% azalıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol