• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Şamaxı yolunda 7 yerüstü piyada keçidi inşa olunur

Bakı-Şamaxı yolunda 7 yerüstü piyada keçidi inşa olunur
18.07.2017 17:40
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən 7 yerüstü piyada keçidi inşa edilir.
 
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, işlər yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılır.

Yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər.
 
Keçidlər aşağıda qeyd edilən ərazilərdə yerləşir:
 
- 27.3-cü km, Qaradağ rayonu Müşviqabad qəsəbəsi,
- 56.7-ci km, Qobustan rayonu Cəngi kəndi,
- 79.2-ci km, Qobustan rayonu Şıxzahırlı kəndi,
- 86.1-ci km, Qobustan rayonu Arabu kəndi,
- 91.7-ci km, Qobustan rayonu Nərimankənd kəndi,
- 92.7-ci km, Qobustan rayonu,
- 99-cu km, Qobustan rayonu.
 
Bütün piyada keçidləri 2 aşırımlı, üstü açıq və metal konstruksiyadan ibarətdir, yer səthindən hündürlükləri 5,5 metr, qalereyasının eni isə 3 metr təşkil edir, pilləkən hissə ilə bərabər uzunluqları 35,5 - 46,7 metr arası dəyişir.
 
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər yekunlaşmaq üzrədir. 
 
Piyada keçidlərinin inşası ilə bağlı görülən işlər tamamilə yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi "cib"li hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
 
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci km-lik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır.
 
Piyada keçidləri prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol