• $
  • €
  • ₽
  • ₺
  • £

Diqqət: Təhlükəli toyuq əti Azərbaycan bazarında

Diqqət: Təhlükəli toyuq əti Azərbaycan bazarında
29.05.2020 11:00
Azərbaycanda insan həyatı üçün təhlükəli toyuq əti satılır.

anews.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov (AİB) haqqın.az-a bildirib ki, məhsullar Ukraynadan ölkəmizə gətirilib.

O bildirib ki, keçən ilin may ayında istehlakçılar AİB-ə şikayət edərək bildiriblər ki, "Qualiko” (Viniskaya toyuq fabrikası) toyuq məhsullarında nəmliyin miqdarı çoxdur.

E. Hüseynovun sözlərinə görə, AİB-in ekspertizası müəyyən edib ki, həmin məhsullarda nəmliyin miqdarı normadan çoxdur, norma 4% olduğu təqdirdə bu məhsullarda nəmlik 40% olub. Üstəlik, toyuq məhsullarına naməlum kimyəvi maddələr əlavə olunub.

AİB sədri qeyd edib ki, təzəlikcə "Qualiko” toyuq məhsulları yenidən Azərbaycan bazarına daxil olub. Bu dəfə ekspertizanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası keçirib. Nəticədə toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edilib: "Məhsulun insan həyatı üçün təhlükəli olması təsdiqlənib. AİB bununla bağlı sənədləri Baş Prokurorluğa göndərib. 

Lakin bizdə olan məlumata görə, "Qualiko” məhsulları Bakının mərkəzində Mirəli Qaşqay küçəsində, Keşlə, Sumqayıt, Xırdalan, Lənkəranda və Gəncədə satılır. Əsasən, təhlükəli məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol