• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da neft hasilatı tarixi rekord həddə çatıb

ABŞ-da neft hasilatı tarixi rekord həddə çatıb
20.07.2017 14:00
ABŞ-da neft ehiyatları tarixi rekord səviyyədən 8,4% aşağı düşüb.

ABŞ-da gündəlik neft hasilatı tarixi rekord həddə yaxınlaşır. "Report" xəbər verir ki, dünən ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin yaydığı həftəlik hesabata görə, 8-14 iyul həftəsində ABŞ-da neft hasilatı 32 min barel/gün və ya 0,34% artaraq 9,429 mln. barel/günə çatıb. 

Hesabat həftəsində ABŞ-ın kommersiya neft ehtiyatları isə 4,7 mln. barel və ya 0,94% azalaraq 490,623 mln. barelə enib. Həmçinin, benzin ehtiyatlarında ciddi azalma qeydə alınıb. Belə ki, hesabat dövründə ABŞ-ın benzin ehtiyatları 4,4 mln. barel və ya 1,9% azalaraq 231,2 mln. barelə enib.

"Report"un araşdırmaları onu göstərib ki, ABŞ-da tarixi rekord neft hasilatı 2015-ci ilin iyun ayının ilk həftəsində qeydə alınıb və 9,610 mln. barel/gün təşkil edib. Hazırda ABŞ-da neft hasilatı tarixi rekord həddən 181 min barel/gün və ya 1,88% aşağıdır. Xatırladaq ki, neft qiymətləri düşməyə başladığı 2014-cü il iyul ayından sonra ABŞ-da gündəlik neft hasilatının minimal səviyyəsi isə 2016-cı ilin iyul ayının ilk həftəsi qeydə alınıb və 8,428 mln. barel/gün təşkil edib. Hazırda ABŞ-da neft hasilatı bu səviyyədən 1,001 mln. barel/gün və ya 11,88% yuxarıdır.

ABŞ-ın kommersiya neft ehtiyatlarının maksimal səviyyəsi bu ilin mart ayının sonunda 535,543 mln. barel səviyyəsində qeydə alınıb. Neft qiymətləri düşməyə başladığı dövrdən bu günədək ehtiyatlarda minimal səviyyə isə sentyabr ayının son həftəsində 325,465 mln. barel təşkil edib. Hazırda ABŞ kommersiya neft ehtiyatları rekord səviyyədən 44,920 mln. barel və ya 8,38% aşağı, minimal səviyyədən isə 165,158 mln. barel və ya 50,7% yuxarıdır. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol