• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycana səfər edən qonaqlar üçün

“Nar” Azərbaycana səfər edən qonaqlar üçün
20.07.2017 12:40
"Xoş gəldin” paketini təqdim edir

"Nar” xaricə səfər etməyə hazırlaşan abunəçilərinə sərfəli rominq kampaniyaları təqdim etməklə yanaşı, həm də Azərbaycana gələn çoxsaylı turistlər üçün əlverişli fürsətlər təklif edir. Qiyməti cəmi 14 AZN təşkil edən "Xoş gəldin” paketi alındığı andan etibarən, istifadəçiyə beynəlxalq zənglər üçün 20 dəqiqə və 7 GB internet trafiki təqdim olunur. Paketdaxili internet üçün hesablama intervalı 40 KB, zənglər üçün hesablama intervalı isə 60 saniyə təşkil edir.

İstifadə müddəti 30 gün olan "Xoş gəldin” paketini alaraq sərfəli qiymətə danışmaq, mobil internetdən bol-bol istifadə etmək və təəsüratlarını bölüşmək mümkündür. Dəqiqələr və internetin qalığını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq, I yazıb 777 qısa nömrəsinə göndərmək və ya "şəxsi kabinet” xidmətindən istifadə etmək kifayətdir.

"Nar” tarif, kampaniya, məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol