• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların likvidliyi artacaq

Bankların likvidliyi artacaq
28.07.2017 21:30
Vergilər Nazirliyində Pakistanın ticarət katibi Mühammad Yunus Daqhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

anews.az Media və Kommunikasiya Mərkəzinə istinadən məlumat verir ki, görüşdə vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin zəruri olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda, investisiyaların cəlb edilməsi istiqamətində bu il Vergi Məcəlləsində dəyişikliklər edilib.

Nazir müavini vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviqi, dürüst və şəffaf uçotun qurulmasıdır.

Azərbaycanın vergi sistemində aparılan modernləşmə prosesi ilə bağlı qonağı ətraflı məlumatlandıran S.Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan biznesə başlama meyarları sahəsində Dünya Bankının hesabatında yüksək göstəriciyə layiq görülüb.

M.Y.Daqha iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin iqtisadi müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib, ticarət və iqtisadi potensialın yüksək olduğunu bildirib və Azərbaycan-Pakistan investisiya forumunun iki ölkə arasında iqtisadi və ticarət əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olacağını vurğulayıb.

Azərbaycanın vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirən qonaq vergi güzəştlərinin təyin edilməsi, qeyri-neft sektorunun vergiyə cəlb olunması, biznes, investisiya mühitinin yaxşılaşdırılması, vergi rejiminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də, kiçik və orta sahibkarlığa dəstək məsələlərini doğru hədəflər kimi vurğulayıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol