• $
  • €
  • ₽
  • ₺
  • £

Astanada Azərbaycan şərablarının ticarət evi açılır

Astanada Azərbaycan şərablarının ticarət evi açılır
28.07.2017 20:40
Azərbaycan Qazaxıstanla yanaşı, Çin, Latviya və Estoniyaya da yerli məhsulların ixracını artırır.

Astana şəhərində (Qazaxıstan) Azərbaycan şərablarının ticarət evinin açılması planlaşdırılır.

"Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

"Azərbaycan ixrac missiyasının bu ilin aprelində baş tutan səfəri çərçivəsində Azərbaycan şərabları qazax idxalçılarının marağına səbəb olub. Həmin vaxt Azərbaycan istehsalı şərabların Qazaxıstana ixracı və satışının təşkili ilə bağlı müəyyən razılıq əldə olunub. Hazırda Azərbaycan şərablarının ticarət evinin açılması üzrə danışıqlar aparılır”, - deyə Azərbaycan İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Qazaxıstanla yanaşı, Çin, Latviya və Estoniyaya da yerli istehsal məhsullarının ixracını artırır.

"Azərbaycanda yetişdirilən üzüm dəfələrlə Cənubi Qafqazın ən yaxşısı seçilib. Bu, keyfiyyətli və nadir növlərdən sayılır. Müasir zavodlarda bu üzümlərdən istehsal olunan şərab bütün beynəlxalq standartlara uyğun gəlir və dəfələrlə beynəlxalq sərgilərdə mükafatlandırılıb”, - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, ilin sonunadək Azərbaycan şirkətlərdən ibarət ixrac missiyasının Qazaxıstana daha bir səfəri planlaşdırılır.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan hökuməti ixracın artırılması üçün "Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının xaricdə təşviqi layihəsinə başlayıb. Bunun üçün 2016-2017-ci illərdə 8 ixrac missiyası təşkil edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol