• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan 4 bank üzrə əmanətçilərdən ərizə qəbulu başa çatır

Bağlanan 4 bank üzrə əmanətçilərdən ərizə qəbulu başa çatır
01.08.2017 15:00
Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş dörd bankın qorunan əmanətçilərinə müraciət edib.

Fonddan Oxu.Az-a verilən məlumata görə, "Dekabank”, "Kredobank”, "Parabank” və "Zaminbank”da 2016-cı ilin iyulun 25-də sığorta hadisəsi baş verib.

"Əmanətlərin sığortalanması haqqında” qanunun 28.3-cü maddəsinə əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Fond ləğv prosesində olan bankların qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün bu gün - avqustun 1-i hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən bu gün ərzində kompensasiyaların geri alınması üçün Fonda müraciət etmələri xahiş olunur.

"Əmanətlərin Sığortalanması haqqında” qanunun 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bundan asılı olmayaraq, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Əmanətçilərin diqqətinə o da çatdırılır ki, Fondun "Kompensasiyaların ödənilməsi proseduruna dair” qaydalarının 11-ci maddəsinə uyğun olaraq qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısıalınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol