• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka ilə bağlı yenilik gözlənilir – VİDEO

İpoteka ilə bağlı yenilik gözlənilir – VİDEO
11.08.2017 13:00
İpoteka müqavilələrinə müxtəlif yeniliklər tətbiq edilə bilər. 

anews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, təkliflər Banklar Asossiasiyası tərəfindən hazırlanaraq banklara göndərilib. Təkliflərin bir qismi indidən ciddi müzakirələrə səbəb olub.

İpoteka müqavilələrinin məzmunu ilə bağlı ciddi dəyişikliklər ola bilər. Banklar Assossiasiyasından verilən məlumata görə, artıq bununla bağlı kommersiya banklarına təkliflər göndərilib.

Təkliflərdən biri vətəndaşın götürdüyü krediti qaytara bilmədiyi təqdirdə bankın əmlakı məhkəməyə müraciət etmədən satışa çıxara bilməsi ilə bağlıdır. Hazırkı təcrübəyə əsasən, məhkəməyə müraciət edilmədən əmlak o zaman satışa çıxarıla bilər ki, vətəndaşın notarial qaydada razılığı tələb edilir. Amma yeni təklif bu razılığın məhdudlaşdırılmasını nəzərdə tutur. Hüquqşünas Anar Ramazanov deyir ki, bu təklif vətəndaşın hüquqlarının pozulmasına və ciddi mübahisələrə səbəb olacaq.

Digər təklif ipoteka predmeti olan əmlakın satışından əldə edilən gəlirin hansı formada bölüşdürülməsinin müqaviləyə daxil edilməsidir. Ekspertin sözlərinə görə, bu, vətəndaşların xeyrinə olan bir müddəadır. Çünki sui-istifadə hallarının qarşısı müəyyən qədər alına bilər.

Bundan əlavə, əmlakın açıq bazarda satışı zamanı əmlakın ilkin qiymətin müstəqil qiymətləndiricilər tərəfindən qoyulması nəzərdə tutulub. Bu da əmlakın qiymətinin real bazar dəyərində qiymətləndirilməsinə, son nəticədə isə vətəndaşın ziyana düşməsinin qarşını ala bilər. Hazırkı qaydalara əsasən isə, açıq bazarda satış zamanı razılıq tərəflər arasında əldə edilirdi. Bu zaman banklar əmlakı özlərinə sərf edən qiymətə sata bilirdilər.

Bu arada, qeyd edək ki, bu gündən etibarən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olaraq müraciət edə bilər. İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol