• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” teleserial bazarına daxil olur

“Apple” teleserial bazarına daxil olur
29.05.2020 04:50
ABŞ-ın "Apple” korporasiyasının orijinal videokontentin alınması, istehsalı və yayılmasına 1 milyard dollara yaxın pul ayırdığı məlum olub.

anews.az lent.az-a istinadən xəbər verir ki,  bu barədə "The Wall Street Journal” məlumat yayıb. Şirkət özü şərh verməyib.

Qəzetin mənbələri bildiriblər ki, "Apple” 10-a yaxın teleserial ala və hazırlaya bilər. Şirkət ümid edir ki, bu addım baş vitse-prezident Eddi Kyunun müştərilərə "Taxt oyunları” ("Game of Thrones") keyfiyyətində videokontent təqdim olunması ideyasının həyata keçirilməsinə kömək edə bilər. Kontentin yayılması üçün meydança rolunu "Apple Music” striminq xidmətinin oynaya biləcəyi bildirilir, eyni zamanda, xüsusi olaraq yeni layihə üçün yeni platforma da yaradılması istisna deyil.

Ayrılan büdcəni bu ilin iyununda "Sony Pictures Television"dan "Apple”a keçən Ceymi Erliht və Zak Van Amburq idarə edəcək. Bu şəxslər artıq Hollivud təmsilçiləri ilə görüşlər keçirir, hansı şouların satın alına biləcəyini araşdırır. "Apple” tərəfindən "WGN America” kabel televiziyasının sabiq prezidenti Mett Çerniss də işə dəvət olunub. O, layihənin inkişafına nəzarət edəcək.  

WSJ yazır ki, "Apple”ın bazarda möhkəmlənməsi asan olmayacaq. Çünki bu bazarda "Amazon” və "Netflix” dominantlıq edir və onların bu sahədə büdcələri 1 milyard dolları ciddi şəkildə aşır. Belə ki, "Amazon” bu il bu sahəyə 4,5 milyard, "Netflix” isə 6 milyard dolar büdcə ayırıb. Hələ üstəlik, "Facebook” da bazara girir. Avqustun 9-da şirkət "Facebook Watch” xidmətini təqdim edib və burada seriallar, idman tədbirləri yayımlanacaq.

”Apple”ın "iTunes” vasitəsilə film və teleserial satışı sahəsində biznesi var, lakin şirkət bu sahədə aylıq abunəyə malik videoxidmətlərin ciddi rəqabəti ilə üzləşib. 2016-cı ilin yekunlarına əsasən "iTunes” şirkətə 4,1 milyard dollar qazandırsa da, "Apple”ın film satışı və prokatı sahəsində bazar payı 2012-ci ildəki 50% səviyyəsindən 35%-ə enib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol