• $
  • €
  • ₽
  • ₺
  • £

"Şahdəniz" yatağında ilk yarımillikdə 5,1 mlrd. kubmetr qaz hasil olunub

"Şahdəniz" yatağında ilk yarımillikdə 5,1 mlrd. kubmetr qaz hasil olunub
17.08.2017 16:07
Yataqdan kondensat hasilatının həcmi isə 1,2 mln. ton təşkil edib.

2017-ci ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz kondensat yatağından 5,1 mlrd. kubmetr qaz və 1,2 mln. ton (təqribən 9,7 mln. barel) kondensat hasil edilib.

"Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan "BP-Azerbaijan” şirkəti məlumat yayıb.
Hesabat dövründə yataqdan qaz hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6%, kondensat hasilatının həcmi isə 7,7% azalıb.

Qeyd edilib ki, mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. kubmetrdir (ildə təqribən 10,9 mlrd. kubmetr).

Birinci yarımildə "Şahdəniz Mərhələ 1”-in mövcud platformasında ("Alfa”) SDA11 qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

İkinci rüb ərzində "İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün SDD01 quyusunun yerləşdiyi əraziyə keçirilib.

"Maersk Explorer” qazma qurğusu SDF01 quyusunun məhsuldar lay hissəsini qazaraq SDF02 quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir.

"Bu iki qazma qurğusu artıq "Şahdəniz Mərhələ 2”-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol