• $
  • €
  • ₽
  • ₺
  • £

Özəlləşdirmənin nəticəsi açıqlandı

Özəlləşdirmənin nəticəsi açıqlandı
12.09.2017 16:00
Əmlak Məsələləri Dövlət Komitəsi 12 sentyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

anews.az komitəyə istinadən xəbər verir ki, əvvəlki hərraclarda olduğu kimi, bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, Bakı  şəhəri üzrə  1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adıçəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir.

Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Bölgələr üzrə özəlləşdirilən hər iki kiçik dövlət müəssisəsi Lerikdə yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 70/1 saylı mağaza olub. Əlverişli olması ilə seçilən daha bir kiçik dövlət müəssisəsi Lerik xalça sexinin əmlak kompleksidir. Həmin əmlakın torpaq sahəsi 4 min 500 kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1500 kv.m-ə yaxındır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol