• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni qızıl yatağında hasilata başlayıb

Azərbaycan yeni qızıl yatağında hasilata başlayıb
13.09.2017 20:00
Gündəlik hasilat iki dəfədən çox artıb.

Ötən il Azərbaycanın Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur” qızıl yatağında hasilata başlanılıb.

"Report” xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

Qeyd olunub ki, "Uğur” yatağı artıq şirkətin ümumi hasilatına böyük qatqı verir.

Sentyabrın 1-10-da orta gündəlik qızıl hasilatının həcmi qızıl külçəsi formasında 212 unsiya təşkil edib ki, bu da əvvəlki səkkiz aydakı orta gündəlik hasilatdan 116% (iki dəfədən artıq) çoxdur. "Uğur” yatağının tam həcmdə hasilata cəlb edilməsi ilə orta gündəlik hasilatın daha da artması gözlənilir.

Qeyd edək ki, son qiymətləndirməyə əsasən, yataqda ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.

"Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq "Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol