• $
  • €
  • ₽
  • ₺
  • £

İllik inflyasiya 14 faizə çatıb

İllik inflyasiya 14 faizə çatıb
14.09.2017 23:00
Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2 faiz bahalaşıb.

Ay ərzində mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının,  pasterizə olunmamış üzlü südün, pendirin, kərə və zeytun yağlarının, albalının, gilasın, əriyin, qarpızın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, göy lobyanın, çuğundurun, sarımsağın, qəhvə və çayın qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq əti və yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, almanın, armudun, alçanın, şaftalının, üzümün, badımcanın, bibərin, yerkökünün, kartofun, soğanın, şəkər və şəkər tozunun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Avqust ayında iyul ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, geyimin və telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Avqust ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmiri xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və taksi nəqliyyatı xidmətlərinin, ödənişli ali təhsil haqqının, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində bahalaşma, respublikadan kənara istirahət turlarının, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol