• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçilərin maaşı artıb

Neftçilərin maaşı artıb
19.09.2017 15:39
Azərbaycanda neftçilərin əməyinə verilən yüksək qiymət onların pensiya təminatında da öz təsdiqini tapır. Bu təbəqədən olan pensiyaçıların orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, hazırda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb.

23 il bundan əvvəl 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət "Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaradıb. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə "Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə "Əsrin müqaviləsi”nin davamı olaraq, "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da ölkəmizin perspektiv inkişafında yeni dövr açır.

Respublikanın neft sənayesində əldə olunan mühüm tarixi nailiyyətlər bu sahədə çalışan, ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verən insanlara dövlət qayğısının mütəmadi olaraq artması ilə müşahidə edilir. Bu amil Azərbaycan neftçilərinin pensiya təminatında da aydın şəkildə öz təsdiqini tapır. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində işləyən vətəndaşlar qanunvericilikdə yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün müəyyən edilmiş yaş həddindən daha tez yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər.

Bu gün Azərbaycan neftçiləri ölkəmizin sığorta-pensiya sisteminin ən fəal iştirakçıları sırasındadırlar. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödənişinə görə sığortaedənlər arasında ən yüksək xüsusi çəkiyə malik bir qurumdur. Yalnız bu ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği 96 milyon manatdan çox olub.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol