• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi

“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi
20.09.2017 17:02
"Nar Home TV” xidməti öz abunəçiləri üçün unikal təklif irəli sürüb. İndi xidmətdən faydalanan bütün abunəçilər "Nar Home TV” xidmətindən istifadə etdikləri günlərin sayına görə ödəniş edə bilər, bununla da aylıq xərclərinə qənaət edə bilərlər. Bunun üçün hər bir abunəçi istədiyi TV paketini seçməli, TV-yə neçə gün baxacağını təyin etməli və gün sayına görə ödəniş etməlidir.
 
1 oktyabr 2017-ci il tarixindən etibarən həyata keçiriləcək dəyişikliklərə əsasən, günlük ödəmə imkanından minimum 2 AZN ödəniş etməklə yararlanmaq mümkündür. Yeni şərtlərə görə, minimum ödəniş edilən halda, TV paketindən asılı olaraq xidmətdən 4 günədək yararlanmaq olar. Yeni şərtlər tətbiq olunduqdan sonra günlük ödənişin dəyəri TV paketlərə uyğun olaraq hesablanır.
 
"Aylıq yox, günlük ödə!” təklifi müddətsiz olmaqla yanaşı, həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək üçün 179 qısa nömrəsinə zəng etmək və ya "Nar”-ın "Facebook” və "Instagram” səhifələrinə yazmaq kifayətdir.
 
B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal "Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir.
 
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.   
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol