• $
  • €
  • ₽
  • ₺
  • £

“Uçan körpü” piyada estakadası – FOTOLAR

“Uçan körpü” piyada estakadası – FOTOLAR
21.09.2017 14:00
"Uçan körpü” piyada estakadası Moskva şəhərində, "Zaradye” parkının ərazisində, sabiq "Rossiya” hotelinin yerində layihələndirilib və tikilib. 

"Uçan körpü” piyada estakadası "Zaradye” parkının ərazisinin, avtomagistralın, Moskva çayının və onun sahilinin üzərindən asılıb. "Uçan körpü”yə giriş "Zaradye” parkının ərazisindən nəzərdə tutulur. 

"Uçan körpü” piyada estakadasının layihəsi, Bakı şəhərinin "Hidrotranslayihə” hidrotexniki və nəqliyyat qurğuları üzrə elmi-tədqiqat mərkəzinin Moskva filialı olan "Hidrotranslayihə İnstitutu” QSC-nin mütəxəssisləri tərəfindən verilib. Onun tikintisi "EVRASCON” Avro-Asiya Tikinti Korporasiyası tərəfindən həyata keçirilib. 

"Uçan körpü” üçgözlü (64,65+138,0+41,75), bölünməmiş tir konstruksiyadır. Körpünün mərkəzi gözü, 64,65 və 41,75 m gözlü iki tirin dörd iri dəmir-beton dayaq üzərində davamı olan 70 m-lik çıxıntılı  Λ-vari konsol formasındadır.

"Uçan körpü” piyada estakadasını konsolun uzunluğu 70 m olduğu üçün unikal tikililərə aid etmək olar. 

İndiyə qədər belə çıxıntılı konsolu olan tikililər quraşdırılmayıb. "Bu cür tikililər üçün unikal cəhət” olan bu faktı nəzərə alsaq, "Uçan körpü” Ginnesin Rekordlar kitabına daxil edilə bilər.

• Piyada estakadasının uzunluğu (mehvərlərdə) – 244,4 m4;
• Piyada estakadasının tam eni - 6,2 m (dəmir-beton tir – 1,8 m, konsol 4,4 m);
• Piyada estakadasının gediş-gəliş hissəsinin qabariti - Q -4,0 m;
• Normativ piyada yükü – 400 kq/m2.

Estakadanın gediş-gəliş hissəsi 45 mm qalınlığında qara şam taxtalarından olan döşənək şəklində verilib.

Döşənək dəmir tir-konsolların üzərinə düzülür. Gediş-gəliş hissəsində konsolun altından paslanmayan polad vərəqlərdən üz vurulur.  "Uçan qurğu”nun dəmir-beton tirinin qabağa çıxan hissəsində bütün körpü boyu qara şamdan skamyalar quraşdırılıb.

Mənzərə meydançası olan estakada həm daxili, həm də xarici hissədən "tripleks” tipli yüksək davamlı 22 mm qalınlığında və 1,5 m hündürlüyündə  şüşə ilə çəpərlənib.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol