• $
  • €
  • ₽
  • ₺
  • £

Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!
22.09.2017 13:25
"Nar”-ın öz istifadəçiləri üçün hazırladığı xüsusi "Dostunu "Nar”-a gətir” kampaniyası davam edir. Dost və yaxınlarını "Nar” ailəsinə gətirmiş istifadəçilər operatordan balans üçün "mobil pul” qazanırlar, yəni təklifdən faydalanmaq üçün öz dostlarına "Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir kəsin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul gəlir.  
 
Kampaniyada iştirak etmək üçün yeni abunəçi "Nar”-ı ona tövsiyə etmiş şəxsin nömrəsini SMS vasitəsilə 7774 qısa nömrəsinə göndərməlidir. İştirakçıların nömrələri iki iş günü ərzində kampaniyaya qoşulur. Yeni abunəçi 5 ay ərzində hər dəfə öz balansını artırdıqda, "Nar”-ı ona tövsiyə etmiş dostu da öz nömrəsinin balansı üçün eyni məbləğdə pul qazanır. Bu məbləğ şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edilə bilər. Bir nəfərin tövsiyəsi ilə nə qədər çox dostu "Nar” ailəsinə gəlsə, hər dəfə dostlarının öz balanslarını artırması ilə tövsiyəçi də o qədər çox pul qazanır. Dostunu "Nar”-a gətirərkən, hər iki nömrənin balansına bonuslar gəlir. Yeni abunəçi kampaniyaya qoşulduqdan sonra hesabını ilk dəfə artırdıqda, balansına həmin məbləğdə bonus qazanır. Bu bonus 150 gün müddətində istifadə edilə bilər.
 
"Dostunu "Nar”-a gətir” kampaniyasında 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari abunəçilər iştirak edə bilərlər. Nömrəni aldıqdan sonra yeni "Nar” abunəçisinin tövsiyəçi dostunun nömrəsini 5 gün ərzində SMS vasitəsilə 7774-ə göndərmək imkanı var. "Dostunu "Nar”-a gətir” kampaniyasının iştirakçısı olan yeni abunəçi də öz dostlarını və tanışlarını şəbəkəyə dəvət edə və balansına pullar qazana bilər. Başqa sözlə, dostunu "Nar”-a gətirən hər kəs 5 ay pulsuz danışır, dostu isə 1 aylıq danışıq qazanır.
 
Ətraflı məlumatı nar.az saytı, 777 qısa nömrəsi və sosial şəbəkələrdə 24 saat fəaliyyət göstərən "Nar” dəstək xidmətindən əldə etmək olar.  
 
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.   

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol