• $
  • €
  • ₽
  • ₺
  • £

Yağın qiyməti fantastik həddə çatdı

Yağın qiyməti fantastik həddə çatdı
04.10.2017 13:20
"Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...”

anews.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin oktyabrın 2-də  keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.

Bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: "Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb?

Qəzet əməkdaşları məsələ ilə bağlı bazardakı qiymətlərlə maraqlanıblar. "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, "President” yağı 18.50, "Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.

Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksəkliyi, o cümlədən monopoliyanın güclü olmasıdır: "İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstandakı gömrük rüsumu  və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələrinin fərqli olması da qiymətlərə təsir edir.  Əgər hökumət əhalini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə  təmin edə bilmirsə, bunun üçün  imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatını ödəyə bilmirsə, o zaman niyə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35 faiz əlavə xərcin gəlməsinə səbəb olur. Qiymətlərin tənzimlənməsi üçün dövlətin edə biləcəyi çox şey var”.

Ekspertin sözlərinə görə, dövlətin  növbəti addımı bu sahədə ciddi rəqabətin yaradılması olmalıdır: 

"Əgər araşdırma aparsaq, görərik ki, Azərbaycana  kərə yağını bir-iki şirkət gətirir. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana  yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali  öz ehtiyacını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar.

Yeri gəlmişkən,  Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır.  Əgər insan yağı satış məqsədi ilə gətirmirsə, niyə bu cür məhdudiyyətlər olmalıdır? Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə, ciddi rəqabətli mühitin yaradılması üçün şərait yaratmaqla,  dövlət ədalətli hakim rolunu oynaya bilər. Bu, baş vermir deyə, inhisarçılıq meyilləri yaranır. 

Əgər gömrükdə bir iş adamına yaşıl koridor, digərinə isə maneələr yaradılırsa, inhisarçılığın kökü oradan başlayır. Bu da qiymətlərin artmasına səbəb olur.
 
Yağla bağlı məsələ bununla  əlaqəlidir. Lojistik olaraq Gürcüstanla Azərbaycana Yeni Zelandiyadan, Avstraliyadan gətirilən yağın dəyəri eyni olmalıdır. Çox ciddi bir məsafə fərqi yoxdur”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol