• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank nizamnamə kapitalını 20 milyon manatdan çox artırdı

AccessBank nizamnamə kapitalını 20 milyon manatdan çox artırdı
04.10.2017 12:57
Bank növbəti dəfə maliyyə mövqeyini gücləndirdi

Bakı, 4 oktyabr, 2017. AccessBank-ın səhmdarları tərəfindən 20 mln manat məbləğində 4.8 mln yeni səhmlərin əldə edilməsi nəticəsində Bankın nizamnamə kapitalı 140 mln manatadək artırıldı. Səhmlərin emissiyası və qeydiyyatı 30 sentyabr 2017-ci il tarixində başa çatıb.

"Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın Bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq” – AccessBank-ın İdarə Heyətinin sədri Rolf Reichardt bildirib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol