• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda su altında qalan avtomobillər satılacaq

Bakıda su altında qalan avtomobillər satılacaq
10.10.2017 12:26
Bakıda bir neçə gün davam edən aramsız yağışlar şəhər əhalisinin ciddi narahatlığına səbəb oldu. Yağış suları, paytaxtın kanalizasiya sisteminin zəif işlədiyi və ya ümumiyyətlə, mövcud olmadığı ərazilərində böyük fəsadlara yol açdı. Nəticədə, həmin ərazidə yerləşən evlər, ticarət obyektləri su altında qaldı, əhaliyə ciddi maddi ziyan dəydi. Su altında qalan obyektlərdən biri də "Bank Standart"a məxsus avtomobil dayanacağı idi. Meydançaya yığılmış onlarla avtomobil də su altında qalaraq, yararsız vəziyyətə düşüb. Sual yaranır: su altında qalan avtomobillərə dəymiş zərəri kim ödəyəcək? Sığorta mütəxəssisləri bildirirlər ki, avtomobillərə dəymiş zərəri ödəmək də olar, ödəməmək də.

Anews.az xəbər verir ki, sığorta mütəxəssisi Nicat Əlibəylinin Sputnik-ə açıqlamasına görə, belə hadisələr zamanı icbari sığorta heç bir rol oynamır. "Çünki icbari sığorta qəzaya uğramış avtomobilə dəyən zərəri ödəmək üçün nəzərdə tutulan sığorta növüdür. 

Amma kasko sığortası olan avtomaşınlarda vəziyyət fərqlidir. Könüllü olan kasko sığortası zamanı avtomobilə dəyən istənilən zərərə görə sığorta almaq olar", - o bildirib. "Sadəcə, kiçik bir nüans var: hər şirkətdə müqavilə şərtləri fərqlidir. Yəni, elə sığorta şirkəti var ki, kasko sığorta müqaviləsində təbii fəlakətləri nəzərə alır, digərləri isə bunu nəzərə almır. Deməli, həmin dayanacaqda olan avtomobillərin təbii fəlakət zamanı dəyən ziyanı ödəyəcək kasko sığortası varsa, həmin avtomobilə dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək", - Əlibəyli əlavə edib. Ekspert qeyd edib ki, sürücülər müqavilə bağlayan zaman diqqətli olmalıdırlar: "Avtomobilini kasko sığorta etmək istəyən şəxslər müqaviləyə imza atmazdan öncə mütləq şəkildə şərtləri diqqətlə oxumalıdırlar ki, sonra belə hallar olanda, problem yaşamasınlar".

Sığorta eksperti Xəyal Məmmədxanlı isə bildirib ki, su altında qalan avtomaşınlar girovda olan, krediti ödənilməyən nəqliyyat vasitələridir: "Həmin avtomobillərdən hansının kasko sığortası varsa, o zaman zərər nə qədərdirsə, sığorta məbləğindən artıq olmamaq, franşızanı çıxmaq şərti ilə sığorta şirkəti tərəfindən ödəniləcək".

"Yəni, sığorta məbləği avtomobilin sığortalandığı məbləğdir və hər hansı bir hadisə baş verərsə, sığorta şirkəti ən çox o məbləğə qədər pul ödəyir. Ona görə də bu zaman zərərin dəyəri də önəmli rol oynayır", - həmsöhbətimiz vurğulayıb.

Mütəxəssis ziyan dəymiş avtomobillərin yaxın gələcəkdə hətta satışa çıxarılacağını da qeyd edib: "Çox güman ki, su altında qalan avtomobillər şirkət tərəfindən "qurudulacaq" və satışa çıxarılacaq".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol