• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Məzun- 2017”-də tələbələrə dəstək oldu

Azercell “Məzun- 2017”-də tələbələrə dəstək oldu
16.10.2017 16:07
Azercell Telekom MMC növbəti dəfə tələbələrə dəstək olub. Şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları oktyabrın 14-də Təhsil Nazirliyinin dəstəyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi "Məzun- 2017 əmək yarmarkasında iştirak ediblər.

Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin böyük marağına səbəb olub. Şirkət təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-in Tələbə Təqaüdu və Təcrübə Proqramı haqqında onlara məlumat veriblər. Eyni zamanda Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Məlumat üçün bildirək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda iş axtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərməkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol