• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Ferrari" istehsal olundu

Azərbaycanda "Ferrari" istehsal olundu
18.10.2017 11:22
Azərbaycanlı gənc boş vaxtlarını avtomobil yığmaqla keçirir. Lap həqiqi avtomobil. Onun yığdığı avtomobillər məşhur dünya brendi olan "Ferrari" markasının "Formula" və "Lotos" avtomobilləridir.

Bu gəncin istedadı haqqında eşidəndə onunla görüşməyi qərara aldım. Subhan bizə yığdığı avtomobillərin Binəqədi qəsəbəsində olduğunu bildirib, bizi Binəqədiyə dəvət elədi.

Subhan Sadıqov Azərbaycan Texniki Universitetini bitirib. Konstruksiya işlərinə marağı onu avtomobil yığmağa gətirib çıxarıb. Və gənc ilk avtomobilini – "Ferrari" markasından olan "Formula" avtomobilini yığmağa başlayıb.

"Formula" avtomobilini 2011-ci ildə yığmağa başlayıb və 2014-cü ildə bitirib. Avtomobilin yığılmasının ona 18 min manata başa gəldiyini bildirən Subhan, 2015-ci ildə yeni bir avtomobil yığmağa başlayıb. Bu dəfə tanıdığı insanlardan biri ona maliyyə dəstəyi olub.


İkinci avtomobil 7 min manata başa gəlib: "İkinci avtomobili bir il müddətinə yığdım. Avtomobilləri satmaq istəsəm də, sənədləri olmadığı üçün sata bilmirəm. Ara-sıra reklam şirkətləri reklam çəkilişləri üçün müraciət edir. Avtomobilə çəkdiyim xərcin 1/4-ni çıxara bilmişəm. "Formula"-nı 35 min manata, "Lotos"-u isə 18 min manata saytlara satışa qoymuşam. Maraqlanan çoxdur, amma alan yoxdur".


S. Sadıqov bildirir ki, hazırda avtomobillər benzin mühərrikiylə çalışır. Amma o istəyir ki, elektriklə işləyən mühərrik düzəltsin: "Avtomobilləri sırf tesla kimi yığmaq istərdim. Amma bunun üçün, ən azı 12 min manat pula ehtiyac var. Hazırda "Formula"-ya BMW mühərriki qoymuşam. Avtomobil 120 at gücündədir, mühərrikin gücü 1800-dür. Orijinalı 700 at gücündədir".

"Bütün dəmirlərini özüm kəsib yığmışam, bircə rəngləməyi mən etməmişəm. Avtomobilin yığılmasında "Qazel", "Mercedes", BMW-nin və digər avtomobillərin hissələrindən istifadə edilib. "Formula" avtomobillərində dəmirdən istifadə edilmir. Amma mən bunu sırf dəmirlə yığmışam. Bu avtomobil adi dəmir avtomobillər kimi yığılıb. Mənim hazırladığım avtomobilin çəkisi orijinal "Formula"dan 200 kiloqram çoxdur. Bunun çəkisi 800 kiloqramdır. "Lotos" isə "VAZ 21-07" mühərriki ilə yığılıb" — deyən Sadıqovun sözlərinə görə, yığdığı "Formula" avtomobili 2007-ci ilin modeli əsasında hazırlayıb, avtomobilin rənglənməsi 3000 manata başa gəlib.

DYP-yə avtomobillərə sənəd almaq üçün müraciət edən Subhan deyir ki, avtomobillər "Sport" olduğundan, onlara sənəd verilmir: "Formula" ilə şəhərə çıxmıram. Amma "Lotos"-la çıxmışam. Polislər saxlayır, maraqlanırlar. Biləndə ki, özüm düzəltmişəm, cərimə yazmırlar. Onlara da maraqlı gəlir".

Subhanın sözlərinə görə, hazırda ancaq avtomobildən reklam çəkilişləri zamanı gəlir əldə edir. Belə ki, reklam şirkətlərindən biri ona 1 aylıq kirayə üçün 4 min manat verib. Elə Subhanın da istəyi odur ki, avtomobili reklam çəkilişləri üçün istifadəyə verib gəlir əldə etsin.

Hazırda Subhan Sadıqov kabel televiziyalarından birində çalışır. Deyir ki, yeni avtomobillər yaratmaq fikri olsa da, bunun üçün imkanı yoxdur. Ancaq onun əl işlərinə dəyər verib, sponsorluq etmək istəyən olsa, o, hər markadan avtomobil yığa bilər.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol