• $
  • €
  • ₽
  • ₺
  • £

Gecikdirilmiş maaşlar işçilərə qaytarıldı

Gecikdirilmiş maaşlar işçilərə qaytarıldı
18.10.2017 16:47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, həmin vəsaitin 93,3%-i əmək haqlarından, 4,2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Ayrı-ayrı vətəndaşların işdən qanunsuz şəkildə azad olunmalarına dair müraciətləri əsasında da qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə azad edildiyi aşkar olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və s. barədə qanunvericilik əsasında izahatlar verilib.

Eləcə də hesabat dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əməyin təhlükəsizliyinin təmin olunması, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri aparılıb. Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib. Bu məqsədlə Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində "Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə ölkəmizin əmək qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi, yaşı 18-dən az olan işçilər üçün qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlər barədə məlumatlar verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol