Azərbaycan yeni təyyarələr alacaq

Növbəti illərdə Azərbaycanın mülki aviasiyasının inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.
Milli aviadaşıyıcının səmərəli fəaliyyətinin və gəlirliyin artmasının təmin edilməsi məqsədilə yaradılmış aşağı büdcəli aviaşirkətin uçuş çoğrafiyasının genişləndirilməsi çərçivəsində MDB ölkələrinə, Türkiyə və İrana reyslərin də açılması nəzərdə tutulur.
Bundan başqa, mülki donanmanın maddi-texniki bazasının gücləndirilməsi üçün orta uçuş məsafədə istifadə olunan "Embrayer” təyyarələri alınacaq, mövcud hava gəmilərinin, onların mühərriklərinin əsaslı təmiri və bərpası aparılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















