• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzalı körpü təmir edildi

Qəzalı körpü təmir edildi
08.11.2017 19:44
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələ çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.

"Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, 1972-ci ildə inşa olunmuş körpüdə bərpa işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 metr uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəz edilib və dayaqları köynəyə alınıb möhkəmləndirilərək armo-betonla betonlanıb.

Aparılan bərpa işləri zamanı körpünün eni genişləndirilərək 8 metrdən 10,5 metrə çatdırılıb. Körpünün hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1,2 metr enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər və körpünün giriş hissələrinə əlavə olaraq əyrixətli dəmir tirlər quraşdırılıb.

Daha sonra körpünün üstünə yeni asfalt-beton örtük döşənib, üfüqi nişanlanma xətləri çəkilib, yeni yol nişanları qoyulub. Aparılmış bərpa işlərindən sonra körpünün yükgötürmə qabiliyyəti əvvəlki 60 tondan 100 tona çatdırılıb. Artıq körpü tam olaraq müasir norma və standartlara cavab verir.

Xatırladaq ki, körpü uzun müddət istismar olunduğundan və ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Körpünün aşırımlarında çatlar və dağılmalar yaranmışdı. Dərhal əraziyə "Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvə və texnikaları cəlb olunaraq körpünün bərpasına başlanılıb və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol