• $
  • €
  • ₽
  • ₺
  • £

Dizel bahalaşa bilər, Aİ-92 isə...

Dizel bahalaşa bilər, Aİ-92 isə...
13.11.2017 17:07
Azərbaycanda yanacaqdoldurma məntəqələrində artıq bir neçə aydır ki, "Aİ-98 Super” markalı benzinin satışı dayandırılıb. Bu səbəbdən həmin benzindən istifadə edən sürücülər avtomobillərinin mühərriklərinə "Aİ-95 Premium” markalı benzin tökürlər.

Bundan əlavə, Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyi bildirilib.
Görəsən, bu proseslərdən sonra benzinin yenidən bahalaşması gündəmə gələ bilərmi?

Yenicag.az bu suala cavab almaq məqsədilə iqtisadçı ekspertlərə müraciət edib.

İqtisadçı ekspert Natiq Cəfərli dizel yanacağının qiymətində bahalaşmanın gözlənildiyini deyib. Onun sözlərinə görə, Aİ-92 markalı benzinin qiymətində bu il artım olduğundan yeni bir bahalaşma gözlənilmir:

"Aİ-92 markalı benzinlə dizel yanacağı arasında 30 qəpik fərq yaranıb. Ona görə də düşünürəm ki, yaxın zamanlarda aradakı bu fərq ortadan qaldırılacaq. Kənd təsərrüfatı işlərində dizel yanacağından daha çox istifadə olunur deyə, ilin sonunda sözügedən yanacağın qiymətində dəyişiklik ehtimalı yüksəkdir.

Ekspert həmçinin, "Aİ-95 Premium” markalı benzinin qiymətinə də münasibət bildirib:

"Aİ-95 Premium” markalı benzinə gəldikdə isə deyə bilərəm ki, bu benzinin qiymətinin tənzimlənməsi dövlət nəzarətində deyil. Rəsmi mövqeyə görə, onun qiymətini bazar tənzimləyir. Bazar tənzimləməsində isə heç vaxt azalma olduğunu görməmişik. Əksinə, hər zaman artımlar müşahidə olunub. Son zamanlar dünya bazarında neftin qiymətini nəzərə alsaq, ola bilsin ki, premium markalı benzinin qiymətində də onu ölkəyə gətirən şirkətlər tərəfindən müəyyən dəyişikliklər olsun”.

Digər iqtisadçı ekspert Vüqar Bayramlı isə "Azpetrol ” şirkətinin benzinin və dizel yanacağının pərakəndə satış qiyməti ilə bağlı məsələyə münasibət bildirməsinə birmənalı yanaşmayıb.

O, qeyd edib ki, "Azpetrol ” qiymətlərin tənzimləməsinə nəzarət edən qurum deyil. Həmçinin, iqtisadçı indiki halda qiymət dəyişikliyinin yaşanmasının arzuedilməz hal olduğunu vurğulayıb:

"Ümumiyyətlə, "Azpetrol ” şirkəti benzinin birbaşa satışı ilə məşğul olan şirkətdir. Qiymətlərin tənzimlənməsinə SOCAR nəzarət edir. "Azpetrol ” tərəfindən qiymətlərlə bağlı açıqlamanın verilməsi də təəccüblü haldır. Çünki bu şirkət qiymətlərin tənzimlənməsinə nəzarət edən məsul qurum deyil. Azərbaycanda benzinin qiymətinin dəyişməsi üçün heç bir iqtisadi zəmin yoxdur. Bir müddət öncə, Aİ-92 markalı benzinin qiymətində artım oldu. Növbəti artım isə gözlənilmir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol