• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Xırdalanda yeni mağazasını təqdim etdi - FOTOLAR

“Nar” Xırdalanda yeni mağazasını təqdim etdi - FOTOLAR
15.11.2017 16:17
Xırdalan şəhərindəki Heydər Əliyev prospekti 1A ünvanda yerləşən və yeni konseptə uyğun olaraq açılan "Nar” mağazası şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.
 
Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator mağazada təqdim etdiyi müxtəlif təkliflərlə "Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, açılış günü "Nar” nömrələri 50%, satışa çıxarılıb, bütün smartfonlar isə 10% endirimlə mobil rabitə istifadəçilərinə təklif edilib. Əlavə olaraq, endirimli smartfon əldə etmiş hər bir müştəriyə "Nar” nömrə hədiyyə edilib.   

Qeyd edək ki, hazırda ölkədə 4 "Nar” satış-xidmət mərkəzi və 76 "Nar” diler dükanı fəaliyyət göstərir. Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: www.nar.az/pages/default/pageName=about_us_nar_points/  . "Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High
Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol