• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Yetirmişli dünənki zəlzələ barədə

Qurban Yetirmişli dünənki zəlzələ barədə
16.11.2017 09:36
Dünən gecə Ağdamda baş verən zəlzələdən sonra kiçik təkanlar qeydə alınır.

Bunu Trend-ə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünən gecə Ağdamda baş verən zəlzələdən sonra enerji boşalması baş verir.

Q.Yetirmişli əlavə edib ki, həmin zəlzələ fəsadlar törədə bilən zəlzələ deyildi:

"Yerin 25 km dərinliyində olan və o gücdə olan zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız elə düz episentrdə yerləşir. Stansiyada heç bir adi çat da əmələ gəlməyib. Normal tikililərlədə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çatlar əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur”.

Balı binalardakı fəsadlarla qiymətləndirirlər. Orada 5,7 balı biz Rixter şkalası ilə veririk. Əslində o biri şkala ilə bu 5,1-dir. Həmin zona üçün ən güclü zəlzələ budur. Əgər bu zəlzələ lap səthi olsaydı- Yerin 3-6 km-liyində onda fəsadlar törədə bilərdi.

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol