• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun” şəkər bazarını itirir

“Azərsun” şəkər bazarını itirir
17.11.2017 09:59
Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb.

"Qafqazinfo” xəbər verir ki, bu haqda xəbəri "Marja”yayıb. Rəsmi statistik rəqəmləri analiz edən sayt yazır ki, 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edilib. Bu, 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5% azdır. 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilib.
 
İstehsal azaldığından isə idxal artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 151 milyon dollar dəyərində 328 min ton şəkər idxal edilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. 2017-ci ilin 10 ayı ərzində Azərbaycandan 36,5 milyon dollar dəyərində 56 min ton şəkər ixrac edilib.
 
Azərbaycanda şəkər tozu istehsalçısı "Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Rəsmi statistika və zavodun istehsal gücününü müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu yarı gücü ilə işləyir.
 
İmişli Şəkər Zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir. 
 
Qeyd edək ki, Azərbaycanın Ukraynadan şəkər tozu idxalı artıb. Bu idxal ilə digər iri ticarət şirkətləri məşğul olurlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol