• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdı
17.11.2017 21:03
Azərbaycanda "Aİ-95” ("Premium”) və "Ai-98” ("Super”) markalı benzin bahalaşıb.
 
 APA xəbər verir ki, hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.
 
Qeyd edək ki, hər iki makradan olan benzin ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.
 
İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən "Aİ-92” markalı benzinin və dizel yanacağında bahalaşma gözlənilmir.
 
Xatırladaq ki, Azərbaycanda "Aİ-98” ("Super") markalı benzinin satışı dayandırılıb. Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, fasilə təxminən 1 ay davam edəcək: "Artıq yanacaq sifariş verilib. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək”.
Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super” markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.
Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super” markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər.
Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98” ("Super") markalı benzinə tələbat artıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol