• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzinin qiyməti bahalaşıb

Azərbaycanda benzinin qiyməti bahalaşıb
18.11.2017 09:20
Respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium və "Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, "Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

anews.az xəbər verir ki, Report-a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Qeyd olunur ki, "Aİ-95” və "Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92” markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Bütün bunlar bir yana, "Aİ-95” premium markalı və "Ai-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. 
Bu isə bu markalarda yanacağa olan tələbatın "Aİ-92” markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.

Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.

Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95” premium markalı və "Ai-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb.

Məsələn, Rusiyada "Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, "Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium markalı və "Ai-98” super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol