• $
  • €
  • ₽
  • ₺
  • £

18 dövlət əmlakı özəlləşdirilib

18 dövlət əmlakı özəlləşdirilib
21.11.2017 19:45
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda 18 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.

Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı qeyd etmək olar. Əmlakın ümumi faydalı sahəsi 240 kv.m-ə yaxın, torpaq sahəsi isə 870 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Bundan başqa, prosesdə özəlləşdirilən Respublika Təsərrüfat hesablı Poliklinikası da səhiyyə sahəsində sahibi üçün qazanclı obyekt hesab olunur. Əmlak paytaxtın Nəsimi rayonunda yerləşir. Eyni zamanda, Şəmkir şəhərində yerləşən Ayaqqabı təmiri sexi də xidmət sahəsində gəlirlidir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 3-ü Suraxanıda, 2-si müvafiq olaraq Nərimanov və Nəsimidə, digərləri isə Yasamal, Xətai, Nizami rayonlarındadır. Bölgələrdə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Daşkəsən və Beyləqan rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 13 kv.m ilə 145 kv.m arasında dəyişir.

Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri paytaxtın Suraxanı rayonunda yerləşən sahəsi 14 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsidir. Prosesdə Şirə sexinin yarımçıq tikilisi də özəlləşdirilib. Əmlak Cəlilabad rayonunda yerləşir.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac noyabrın 28-də keçiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol