Bu sığorta şirkətində kütləvi ixtisar başlayıb

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri olan "AzSığorta”da işçilərin kütləvi şəkildə ixtisar olunması barədə xəbər yayılıb.
Anews.az FED.az-a istinadən məlumat verir ki, "AzSığorta” şirkətində 100 nəfərə yaxın işçi ixtisar olunub. İşçilərin əksər hissəsi isə xidməti müqaviləyə keçirilib.
"AzSığorta” şirkətinin avtomobillərin icbari sığortasının satışı üzrə sığorta agentləri ilə əməkdaşlığı dayandırdığı bildirilir.
Qeyd edək ki, "AzSığorta" şirkətində rəhbər vəzifələrdə işləmiş bir neçə şəxs "Günay Sığorta” və "Standard İnsurance”a keçib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























