• $
  • €
  • ₽
  • ₺
  • £

Forum və CEO Lunch Tbilisi dekabrın 15-də keçiriləcək

Forum və CEO Lunch Tbilisi dekabrın 15-də keçiriləcək
22.11.2017 16:23
Gürcüstan Hökumətində struktur dəyişikliyi ilə əlaqədar Caspian European Club çərçivəsində Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch Tbilisi-nin vaxtı dəyişdirilərək dekabrın 15-nə keçirilib. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, arzu edənlər dekabrın 14-dək www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

O qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə həsr olunmuş biznes-forumda Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov və Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze üzv şirkətlərin rəhbərləri ilə görüş keçirəcək və onları maraqlandıran suallara cavab verəcəklər.

Telman Əliyev əlavə edib ki, biznes-forumdan sonra fəxri qonaq qismində Gürcstan Hökumətinin üzvlərinin iştirak edəcəkləri ənənəvi CEO Lunch təşkil olunacaq.

Telman Əliyev CEO Lunch Tbilisi-nin sponsoru PASHA Bank Georgia-nın rəhbərliyinə minnətdarlığını bildirib.

O həmçinin birinci CEO Lunch Tbilisi-nin Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənməsi mərasimi çərçivəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda keçirildiyini xatırladıb.

Telman Əliyev 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq Caspian Energy Forum-un təşkil olunacağını söyləyib. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektoru arasında dialoqun nizamlanması üçün aparıcı vasitələrdən sayılan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

Telman Əliyev qeyd edib ki, Caspian European Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncü cümə günü Tbilisidə CEO Lunch təşkil edir. Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol