• $
  • €
  • ₽
  • ₺
  • £

“Azsığorta”ASC-nin nəticələrində artım müşahidə olunur

“Azsığorta”ASC-nin nəticələrində artım müşahidə olunur
23.11.2017 18:01
 "Azsığorta” şirkəti 2017-ci ilin yanvar-sentyabr ayları ərzində fəaliyyət göstəriciləri üzrə artıma nail olub. Belə ki, şirkətin bu ilin üç rübü ərzində topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% yüksələrək 18,8 milyon manat, ümumi sığorta ödənişlərinin həcmi 16% artaraq 6,7 milyon manat, könüllü sığortalar üzrə ödənişlərinin həcmi isə 17% artaraq 1,7 milyon manat təşkil etmişdir.

Cari ilin 3 rübü ərzində şirkətin əmlak sığortası növü üzrə topladığı sığorta haqları 2% artaraq 2,8 milyon manat, icbari sıgorta haqları isə 22% artaraq 15,3 milyon  manat təşkil etmişdir.
 
AZSIĞORTA-nin Direktorlar Şurasının sədri Viladi Maniyev: "Gəlirli olmaq istənilən şirkət üçün əlbəttdə ki, əsas prioritetdir. Lakin bunu uzunmüddətli perspektivdə təmin etmək üçün biz, şirkəti texnoloji baxımından yeni səviyyəyə yüksəlməsini əsas hədəf kimi özümüz üçün müəyyən etmişik. Bu istiqamətdə ilk addımımız bu günün tələblərinə cavab verən yeni strukturun qəbul edilməsi olmuşdur. Eyni zamanda demək olar ki, şirkətin bütün proseslərində optimallaşdırma işləri aparılır”.

Bu ilin 9 ayı üzrə nəticələrə əsasən, ayrı-ayrı sığorta növləri üzrə ödənişlərdə də 2016-cı ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur. Belə ki, icbari sığortalar üzrə ödənişlərin həcmi 16% artaraq 5 milyon manat, o cümlədən əmlak sığortası növü üzrə ödənişlərin həcmi 105% artaraq 1,3 milyon manat təşkil etmişdir.


Qeyd edək ki, Azərbaycanın aparıcı sığorta şirkətlərində biri olan "Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir və ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona "stable” proqnozu ilə "B” reytinqini təyin etmişdir.
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol