• $
  • €
  • ₽
  • ₺
  • £

Onların maaşı 540 manat artacaq

Onların maaşı 540 manat artacaq
27.11.2017 11:56
İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Layihənin pilot olaraq həyata keçirildiyini xatırladan Z.Mustafayeva hesab edir ki, bu ilin sonunda layihənin nəticələri daha dərin olacaq: "O məlumatların əsasında təhlillər aparılaraq yeni maliyyələşdirmə modelinin tətbiq edilməsinə, bütün ölkə ərazisində səhiyyə sisteminin inkişafına zəmin yaradacaq".

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edib.

Pilot layihə çərçivəsində baza hissəsi üzrə həkimlərin əmək haqları artırılır. Belə ki, Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə 360 manat artırılıb.

Konkret nümunə təqdim edək. Tutalım, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol