• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bölgələrdə reyd keçirib

Nazirlik bölgələrdə reyd keçirib
30.11.2017 21:44
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 18-26 noyabr tarixlərində reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı Lerik rayonu Bibiyanlı kənd sakini Rasim Ağayevə məxsus "Ural” markalı 43 BB 952 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 10 m3, Lerik rayonu Piran kənd sakini Qurbanəli Nəzərova məxsus "Qazel” markalı 43 BB 132 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,53 m3 və Lənkəran rayonu Təngivan kənd sakini Qəhrəman Əliyevə məxsus "Qazel” markalı 10 XM 184 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 3,5 m3 həcmində qanunsuz yolla əldə edilmiş vələs, fıstıq cinsli meşə materiallarının aparıldığı aşkar olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 1631,04 manat məbləğində ziyan tətbiq edilib.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı Qəbələ şəhər sakini Fazil Tahirzadəyə məxsus "Ford Transit” markalı 99 GV 536 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 184 kisə, ümumi çəkisi 920 kiloqram, İsmayıllı rayonu Mican kənd sakini Heydər Kərimova məxsus "Ford Transit” markalı 31 BD 659 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 300 kisə, ümumi çəkisi 900 kiloqram olan ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib. 

Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə Tayıflı kənd sakinləri İlqar Dursunova, Faiq İbrahimova, Vüsal Çələbiyevə, Tofiq Sadıqova, Anar Xəlilova, Şahmar İbrahimova və Vüsal Əzizova məxsus 27 kömür quyusunun qazıldığı və qanunsuz yolla əldə edilmiş 94,28 m3 həcmində meşə materiallarından istifadə edildiyi məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlara ümumilikdə 3359,98 manat məbləğində ziyan və cərimə tətbiq olunub. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib. Hazırda reydlər davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol