• $
  • €
  • ₽
  • ₺
  • £

Mənşə sənədinin alınması proseduru sadələşdirilib

Mənşə sənədinin alınması proseduru sadələşdirilib
28.05.2020 22:33
Bakı Biznes Mərkəzində "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən "Açıq qapı” günləri çərçivəsində seminar keçirilib.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 50-dən çox sahibkarlıq subyektinin nümayəndəsi iştirak edib.

Seminarda ixracın stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb, "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin və regional bölmələrin inzibati binalarında təşkil olunan "Açiq qapı” günləri barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində "Mənşə ekspertizaların aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” və "Laboratoriya xidmətləri” mövzularında keçirilmiş təqdimatlarda sahibkarlar malın ixrac proseduru və gömrük güzəştləri barədə məlumatlandırılıb. Bildirilib ki, mənşə sənədinin verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron müraciət forması daha da təkmilləşdirilib, tələb olunan sənədlərin sayı hüquqi şəxslər üçün 9-dan 6-ya, fiziki şəxslər üçün isə 5-dən 4-ə endirilib. Azərbaycanda mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənəd 1 gündən gec olmayaraq sahibkara təqdim edilir. İstər MDB məkanında, istərsə də əksər digər ölkələrdə malın mənşəyinin müəyyən edilməsi müddəti 3 gündən az deyil. Artıq 2 ildir ki, ölkədə qeyri-neft malları üçün ekspertiza xidmətlərinin tarifləri 30% aşağı salınıb. Qeyd edək ki, sahibkarlara mənşə sertifikatının alınması qaydaları barədə təlimatlar paylanılır.

Seminarda "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının iş prinsipi, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol