• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyində xüsusi qərargah yaradıldı

Vergilər Nazirliyində xüsusi qərargah yaradıldı
05.12.2017 13:03
Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Anews.az Report-a istinadən xəbər verir ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 134 566 yeni vergi ödəyicisi (o cümlədən 9 864 hüquqi, 124 702 fiziki şəxs) dövlət qeydiyyatından keçib, yüksək dövriyyəyə malik 3 189 əlavə dəyər vergisi (ƏDV) ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb.

Onun sözlərinə görə, hesabat dövründə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.

Nazir qeyd edib ki, dövlət başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi, real vergitutma bazasının müəyyən edilməsi sahəsində işlərin daha da sürətləndirilməsi, vergi orqanlarının fəaliyyətinin düzgün və effektiv, müasir tələblərə cavab verəcək səviyyədə qurulması və bununla da Vergilər Nazirliyinin bütün struktur vahid və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı səfərbər olunması üçün bu sahədə mobil inzibatçılığa zərurət yaranıb. Həmçinin, "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarına əsasən, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq Vergilər Nazirliyinin elektron informasiya sisteminin günün tələblərinə uyğun qurulmasına zərurət yaranıb.

İclasda büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi qərargah yaradılıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərini seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.

Bununla yanaşı, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) gücləndirilmiş elektron imza (o cümlədən "Asan İmza”) vasitəsilə elektron qaimə-faktura təqdim ediləcəyini nəzərə alaraq, Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) və Vergilər Nazirliyinin elektron informasiya sistemində proqram və maddi texniki təminatı ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol