• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu olanlara şad xəbər

Kredit borcu olanlara şad xəbər
10.12.2017 01:03
Hazırda kredit borcunu qaytara bilməyən xeyli insan var. Bundan çıxış yolu kimi bir sıra təkliflər hazırlanıb. Məsələn, kredit borcunu qaytarmaqda çətinlik çəkənlərə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif olunur. Bundan əlavə, bir neçə banka borcu olanlarla bağlı da bir sıra yeniliklər ola bilər. Sıradakı xəbərimiz məhz bu haqdadır.


Qaynarinfo xəbər verir ki, kredit borclarını qaytara bilməyənlərlə bağlı yeni təkliflər hazırlanır. Maliyyə Bazarlarına Nəzarət Palatası və Banklar Assosiasiyasının nümayəndələri, həmçinin bank rəsmiləri və müstəqil iqtisadçıların birgə müzakirəsi zamanı kredit borcunu qaytara bilməyənlərin vergidən azad edilməsi təklif olunub. Söhbət borclu şəxslərin 14 faizlik gəlir vergisindən azad edilməsindən gedir.


Bir neçə banka borcu olan müştərilərlə bağlı da təkliflər səsləndirilib. Təkliflərdə həmin kreditlərin sağlamlaşdırılması nəzərdə tutulur.


Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu təklifdə borc məbləği eyni qalsa da, vətəndaşın aylarla bir neçə bankla danışıqlar aparmasının qarşısı alınacaq.


Təkliflər hökumətdə müzakirə ediləcək. Qeyd edək ki, mərkəzi bankın məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə ödəniş vaxtı keçmiş borcların həcmi 1 milyard 889 milyon 600 min manat təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol