• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən AZƏRTAC-la bağlı fərman

İlham Əliyevdən AZƏRTAC-la bağlı fərman
28.05.2020 22:02
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
 
"Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Dövlət İnformasiya Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
 
Azərbaycan prezidentinə:
 
Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
 
İcra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
 
Agentliyin yenidən təşkili və ləğvi;
 
Nazirlər Kabinetinə:
 
Agentliyin işçilərinin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
 
Təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
 
Xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
 
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) balansında olan əmlakın Agentlik publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı gündən onun balansına verilməsini bir ay müddətində təmin etsin;
 
Agentliyə:
 
İnkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
Strukturunun təsdiqi.
 
Müəyyən edilib ki,  Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon manat təşkil edir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin balansındakı dövlət əmlakı qiymətləndirilərək Agentliyin nizamnamə fondunda əksini tapır, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir. İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
 
Agentlik dövlət qeydiyyatına alınması üçün fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir, strukturunu bir ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol