• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN reydlər keçirib

ETSN reydlər keçirib
20.12.2017 19:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 11-17 dekabr 2017-ci il tarixlərində növbəti reyd keçirilib. 

ETSN-dən APA-ya verilən məlumata görə, reydlər zamanı Astara rayonu ərazisində rayonun Şümrüd kənd sakini Əfrail Əmirova məxsus "QAZ-66” markalı 50BC027 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,45 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta, Astara rayonu Ovələ kənd sakini Ramin Mərifova məxsus "UAZ” markalı 07BF164 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,5 m3 həcmində palıd cinsli meşə materialından hazırlanmış odun aparıldığı aşkarlanıb. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 838,47 manat məbləğində ziyan tətbiq edilib.

Balakən rayonu ərazisində keçirilən reyd zamanı rayonun Püştətala kənd sakini Asif Məmmədova məxsus "UAZ-469” markalı 08BD142 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,2 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun tapılıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 34,19 manat məbləğində ziyan tətbiq edilib.

Quba rayonu ərazisində keçirilən reyd zamanı rayonun Kürkün kənd sakini Rüstəm Abdullayevə məxsus "QAZ-69” markalı  dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 1,2 m3 həcmində ağcaqayın cinsli meşə materialından hazırlanmış odun aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 18,65 manat məbləğində ziyan tətbiq edilib.

Qusar rayonu ərazisində keçirilən reyd zamanı rayonun İmamqulukənd kənd sakini Məmməd Məmmədova məxsus yeşik hazırlanan sexdə 1,4 m3 həcmində fıstıq cinsli işlik materialı tapılıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 208,70 manat məbləğində ziyan tətbiq edilib.

Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xudat şəhər sakini Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə 2,7 m3 həcmində fıstıq cinsli işlik materialı aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 402,50 manat məbləğində ziyan tətbiq edilib.

Hazırda reydlər davam etdirilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol