• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ teleradio verilişlərinin monitorinqini aparacaq

MTRŞ teleradio verilişlərinin monitorinqini aparacaq
22.12.2017 12:28
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq.

Bunu Trend-ə özəl açıqlamasında Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, məlum olduğu kimi, yayımçılar tamaşaçı və dinləyicilərin istirahətini səmərəli keçirilməsinə dəstək məqsədilə bayram günlərində xüsusi proqramlar tərtib edirlər:

"Həmin günlərdə bayram şənlikləri, musiqili-əyləncəli verilişlər, milli və xarici filmlər və s. yayımlanır. Biz isə öz növbəmizdə, yayım proqramlarında qanunvericiliyin tələblərinə riayət olunması məsələlərini yoxlayacağıq. Hər bir yayımçının efirinin video-audio yazısını qeydə alırıq. Bu bizim daimi işimizdir. İnanırıq ki, ciddi problemlər olmayacaq".

Şöbə müdiri əlavə edib ki, bəzi hallarda telekanalların bayram günləri ilə bağlı proqram səbətlərindən narazı qalanlar da olur: "Sosial şəbəkələrdə, saytlarda gedən yazılarda da bu fikirlərə rast gəlmək olur. Əlbəttə, bu, hər bir yayımçının yaradıcılıq göstəricisidir".

T.Dadaşov vurğulayıb ki, bayram efirində daha çox Yeni illə bağlı materialların təşkil etməsi normaldır: "Lakin müxtəlif səpkili efir materialları, dünya və milli filmlərimizin nümayişi və bu kimi digər baxımlı, maraqlı mövzuların proqram səbətində yer alması bayram proqramının rəngarəngliyini təmin edərdi”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol