• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci ildə manatın məzənnəsi necə olacaq?

2018-ci ildə manatın məzənnəsi necə olacaq?
22.12.2017 18:52
Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır".


Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.


Ekspertin fikrincə, neft qiymətləri kəskin ucuzlaşsa, dollar 2 manatdan baha olacaq. Neft qiymətləri indiki səviyyədə qalsa və ya bahalaşsa, o zaman məzənnə1.75 manat həddindəqalacaq: 

"Bu il ərzində dünya bazarında 1 barel brent markalı xam neftinin orta qiymətinin ötən illə müqayisədə 10 dollardan çox bahalaşması manatın ABŞ dollara nəzərən kusunun tənzimlənməsində Mərkəzi Banka əhəmiyyətli dəstək oldu. Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa (yeri gəlmişkən bu istiqamətdə proqnozlar getdikcə artır), onda azalan valyuta gəlirləinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozulacaq və onun məzənnəsi orta müddətli dövrdə 2 manatı da ötəcək. Sadəcə olaraq bu zamana və neftin dünya bazar qiymətlərinə bağlı olan məsələdir. Əgər əksinə, dünya bazarında neft indiki səviyyədə və ya ondan baha olarsa, onda 2018-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,75 həddində qərarlaşa bilər".

Qeyd edək ki, noyabr ayında manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,72 manata) bərabər olub. Bu ilin yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevralın ikinci yarısından etibarən nisbətən ucuzlamağa başlayıb. 2016-cı ilin sonuna dolların manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdusa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxıb, 27.09.17 tarixində isə minimum həddinə - 1.7002 AZN-ə enib. 2017-ci ilin 9 ayının sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlindən 4% ucuzlaşıb. Doqquz ay ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7279 manat təşkil edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol